Azərbaycanlı voleybolçular Yelizaveta Ruban və Alena Xarçenkonun yer aldığı Rumıniyanın “Alba” klubu çempionluq titulu uğrunda mübarizəni davam etdirir.
İdman.biz xəbər verir ki, komanda CEV kubokunun finalı ərəfəsində daxili çempionatda "Braşov"la ilk yarımfinal oyununu keçirib.
“Alba” rəqibini 3-1 hesabı ilə məğlub edərək liderliyə yüksəlib. Ruban 19 xalla matçın bombardiri olub.
Qeyd edək ki, “Braşov”la cavab qarşılaşması martın 22-də keçiriləcək.
İdman.biz