AZ

Xaçmazda Novruz bayramı ərəfəsində Şəxsiyyətlər parkı yenilənib (FOTO)

Bakı. Trend:

Novruz bayramı ərəfəsində Xaçmaz şəhəri, Heydər Əliyevprospektində yerləşən Şəxsiyyətlər parkı yenilənib.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, YeniAzərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri MəhəmmədBalaqadaşov və bir qrup ziyalı yenilənən parkda yaradılan şəraitlətanış olublar. Rayon İcra Hakimiyyətinin başçısı Elnur RzayevXaçmaz şəhərində, eləcədə qəsəbə və kəndlərdə abadlıq, quruculuqişlərinin mərhələli şəkildə davam etdiriləcəyini bildirib.

Sakinlər yaradılan şəriti yüksək qiymətləndirib, görülən işlərəgörə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birincivitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadəediblər.

Qeyd edək ki, yenilənən Şəxsiyyətlər parkının funksionallığıartırılaraq sakinlərin rahat və mənalı istirahəti təmin olunub.Yeni dekorativ ağac və gül kolları əkilib, oturacaqlar qoyulub.Ərazidə avtomobillərin rahat və təhlükəsiz hərəkəti üçün asfaltörtük vurulub, velosiped həvəskarları üçün xüsusi zolaqlar ayrılıb,piyada keçidləri salınıb. Müasir dizayn əsasında yenilənənistirahət məkanının gecə işıqlandırma sistemi Xaçmaz sakinlərininvə şəhərə gələn qonaqların könlünə oxşayacaq.

Parkın mərkəzindən keçən avtomobil yolunun bərpa edilməsi isəsürücülər Heydər Əliyev prospekti ilə birbaşa hərəkət etməsinəimkan yaradır.

Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Xaçmazda
Seçilən
95
az.trend.az

1Mənbələr