AZ

Mikel Arteta: “Çelsi”nin heç bir fürsətinə yol vermədik”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının 29-cu turu çərçivəsində keçirilmiş “Çelsi” ilə ev oyununu (1:0) şərh edib.

Arena.az “Arsenal”ın rəsmi saytına istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mən nəticədən çox razıyam, bu çıxışın bir çox məqamlarından razıyam. Mənə komandamın köklənməsi elə, lap əvvəlcədən xoş gəlirdi, işimizə necə yanaşmağımız, aqressiv fəaliyyətimiz, vurduğumuz qol. Biz rəqibin, demək olar ki, heç bir fürsətinə yol vermədik. Mən deyərdim ki, bu, komandamın böyük xidmətidir. Çünki, fikrimcə, “Çelsi” liqada ən yaxşı hücumameyilli komandadır. Statistika bu barədə deyir, mənim bütün gördüklərim bu barədə deyir”, deyə Mikel Arteta vurğulayıb.

29 oyundan 58 xal toplamış “Arsenal” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Çelsi” isə 49 xalla 4-cü pillədədir.

Premyer Liqaya 70 xalla “Liverpul” başçılıq edir.

Seçilən
49
arena.az

1Mənbələr