Nəhayət, Viktor Osimhenin yeni mövsümə harda başlayacağı böyük ölçüdə müəyyənləşib.
“Napoli”nin icarə əsasında “Qalatasaray”da çıxış edən hücumçusu enidən İtaliyada çıxış edəcək. Onun “Yuventus”a satılacağı haqda “La Gazzetta dello Sport” məlumat yayıb. Turin klubunun idman direktoru Kristiano Cuntoli artıq nigeriyalı forvard və onun meneceri ilə transfer üçün ilkin razılığa gəlib. “Yuventus” bundan sonra Neapol klubu ilə də anlaşmalıdı.
Osimhenin “Napoli” ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdi. Transfer dəyəri 75 milyon avro qiymətləndirilən Viktor “Qalatasaray”da ötən ilin yayından çıxış edir.