AZ

Məqsədimiz Qərbi Azərbaycana qayıdış ideyasını ali məktəb auditoriyalarına danışmaqdır - İcma sədri

Bakı. Trend:

Qərbi Azərbaycan İcması Qərbi Azərbaycana qayıdışla bağlı özfəaliyyətini davam etdirir. Bizim məqsədimiz bu ideyanı artıq aliməktəblərin auditoriyalarına daşımaqdır. Qərbi Azərbaycan İcmasınınGənclər Şurası bu istiqamətdə səmərəli fəaliyyət göstərir. Buradabizim əsas məqsədimiz ondan ibarətdir ki, Qərbi Azərbaycana qayıdışideyası gənclərimiz arasında lazımi dərəcədə təbliğ olunsun.

Trend xəbərverir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisindeputatı Əziz Ələkbərli ADA Universitetində keçirilən "QərbiAzərbaycan mövzusu 100 ildə" mövzusunda dəyirmi masadajurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu ideyanın gələcək uğuru xeyli dərəcədə buideyanın gənclərə nə səviyyədə aşılanmasından asılıdır.

“Çünki gələcəkdə indiki nəsildən sonraki nəsil bu ideyanıgələcəyə daşımalıdır, bu ideyanın həyata keçirilməsi təminetməlidir.

Qərbi Azərbaycan İcması ilk gündən ata-baba torpaqlarımızaqayıdış uğrunda dinc yolla, ləyəqətli və təhlükəsiz şəkildəqayıtmaq uğrunda mübarizə aparır. Bununla bağlı Ermənistanrəhbərliyinə, beynəlxalq təşkilatlara dəfələrlə müraciət eləmişikvə tələbimiz odur ki, Qərbi Azərbaycan qaçqınlarının bu təməlhüquqları təmin olunmalıdır. Hər bir insanın öz doğulub boya başaçatdığı ata-baba yurdunda yaşamaq, həmin torpaqlara sərbəst şəkildəgedib gəlmək hüququ var. Bizim Ermənistan rəhbərliyinə müraciətetməyimiz dinc məramımızı bir daha nümayiş etdirir. Çox təəssüf ki,bu günədək Ermənistan rəhbərliyi hələ də bizim tələblərimizə cavabverməyib. Beynəlxalq təşkilatlar müəyyən qədər, bəziləri cavabversə də, real hərəkət yoxdur", - o əlavə edib.

Onun sözlərinə görə, insanlarımızın ata-baba yurdlarınaqaydışının təminatı yoxdur.

"İcma Qərbi Azərbaycan qaçqınlarının mübarizəsini bundan sonrada davam elətdirəcək. Bu ideya artıq bütünlükdə Azərbaycanxalqının, dünya azərbaycanlarının ümummilli ideyasıdır.

Qəti mövqeyimiz budur ki, bu məsələ reallaşmalıdır. İnsanlarımızsonuncu nəfərinədək və tarixi torpaqlarımız olan Qərbi Azərbaycanınson qarışına dinc yolla qayıdana qədər Qərbi Azərbaycan İcması bufəaliyyətini davam elətdirəcək”, - deyə Ə.Ələkbərli qeyd edib.

Seçilən
42
az.trend.az

1Mənbələr