AZ

Nazirlə görüşdə bu problemlər qaldırılıb – “Mən danışanda Rəşad Nəbiyev görüşü tərk elədi...”

“Bu gün rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşümüz oldu. Görüşdə Nazirliyin və tabeliyindəki qurumların rəsmi şəxsləri də iştirak edirdi. Görüş 3 saatdan çox çəkdi. Sektordakı bütün vacib məsələlər ətrafında açıq söhbət, fikir mübadiləsi oldu. Nazirliyin çoxsahəli fəaliyyəti, uğurlar, problemlər və gözləntilər ətrafında diskussiya aparıldı”.

“AzPolitika” xəbər verir ki, bu barədə Azərbayan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz “Facebook” hesabında yazıb.

O, adıçəkilən nazirliyin rəhbərliyi ilə, İctimai Şura üzvlərinin görüşündən bəhs edib

“Mənim tərəfimdən qaldırılan məsələlər əsasən ictimai iştirakçılıq, rəqəmsal transformasiya və ekosistem, süni intellekt və yeni texnologiyalar, internetin qiymətində seçim imkanları, sektordakı tənzimləmə və s. əlaqəli olub. Düşünürəm ki, görüş çox faydalı və səmərəli oldu”, - O.Gündüz əlavə edib.

Seçilən
151
azpolitika.info

1Mənbələr