“Azəristiliktəchizat” ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev Ağcabədi rayonunda Ağcabədi, Laçın və Ağdam sakinləri üçün vətəndaş qəbulu keçirib.
Operativ Media səhmdar cəmiyyətə istinadən xəbər verir ki, Yeni Azərbaycan Partiyasının binasında keçirilən qəbulda vətəndaşların müraciət və təklifləri dinlənilib, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun operativ şəkildə həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.
Bir neçə müraciətlə əlaqədar vətəndaşların iştirakı ilə əraziyə səfər edilib və yerində baxış keçirilərək müvafiq izahat verilib.
Qəbuldan sonra İ. Mirzəliyev Ağcabədi rayonunda 2024-2025-ci il payız-qış mövsüm ərzində istismar olunan qazanxanaların fəaliyyəti tanış olub, istehlakçıların problemlərinin həll edilməsi istiqamətində texniki dəstəyin göstərilməsi ilə bağlı tapşırıqlarını verib.