Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin 2021-ci ildə vətəninə gizli gəlişi Ukrayna hərbi kəşfiyyatı tərəfindən planlaşdırılıb və həyata keçirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili sosial hesabında yazıb.
Bazar ertəsi Tbilisi Şəhər Məhkəməsi Saakaşvilini 2021-ci ildə Gürcüstan sərhədini qanunsuz keçməkdə ittiham edərək 4,5 il müddətinə azadlıqdan məhrum edib.
Papuaşvili bildirib ki, onun Gürcüstana gizli gəlişinin Ukrayna hərbi kəşfiyyatı tərəfindən planlaşdırıldığını və həyata keçirildiyini unutmamalıyıq.