AZ

XİN rəhbəri Fələstinin səfirini diplomatik fəaliyyətinin başa çatmasına görə qəbul edib

Bakı. Trend:

17 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xariciişlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin AzərbaycanRespublikasındakı fövqəladə və səlahiyyətli səfiri Nasir ƏbdülkərimƏbdürrəhmanı ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatmasımünasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirCeyhun Bayramov ölkəmizdə səmərəli diplomatik fəaliyyətinə,Azərbaycan-Fələstin münasibətlərinə verdiyi töhfəyə görə səfirNasir Əbdülkərimə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlararzu edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevtərəfindən səfirin ölkələrimiz arasında dostluq və əməkdaşlıqəlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə “Dostluq” ordeniilə təltif olunması münasibətilə nazir səfirə öz təbrikləriniçatdırıb və ordeni təqdim edib.

Görüşdə Azərbaycan və Fələstin arasında mövcud ikitərəfli vəçoxtərəfli əməkdaşlıq gündəliyində duran mövzular, habelə regionalvəziyyət müzakirə olunub.

İki ölkə arasında siyasi, mədəni, humanitar və s. istiqamətlərüzrə ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin mövcudluğu,regional və beynəlxalq təşkilatlar çərçivəsində göstərilənqarşılıqlı dəstək məmnunluqla qeyd olunub.

Azərbaycanın Fələstin məsələsinin beynəlxalq hüquq normaları, ocümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən“iki dövlət həllinin” tərəfdarı olduğunu hər zaman dəstəklədiyi, buistiqamətdə əməli addımlar atdığı diqqətə çatdırılıb. Qəzzadaolduqca çətin humanitar vəziyyətin həllinin, atəşkəsə əməlolunmasının əhəmiyyəti görüşdə qeyd olunub.

Səfir Nasir Əbdülkərim 14 ilə yaxın müddətdə Fələstinin dostAzərbaycanda səfiri kimi fəaliyyətini hər zaman qürurlaxatırlayacağını vurğulayaraq, cənab Prezident tərəfindən aliordenlə təltif olunması və ona fəaliyyətində göstərilən dəstəyəgörə təşəkkür edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Seçilən
22
25
az.trend.az

10Mənbələr