Rus bölməsində dövlət dili kimi keçirilən Azərbaycan dili imtahanı rəqəmsal formada olacaq.
Ölkə.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
"İmtahanlar hələ ki, bu il kağız daşıyıcılarda olacaq, amma gələcəkdə biz bu imtahanları rəqəmsal şəmildə keçirməyi nəzərdə tuturuq. Addım-addım rəqəmsal imtahanların sayını çoxaldacağıq".
Billurə Yunus