Cənubi Koreyada 170 sərnişin və 6 ekipaj üzvü olan təyyarədə yanğın baş verib.
Publika.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilib ki, yanğın enerji bankının partlaması nəticəsində başlayıb. Təyyarənin öz elektrik sistemlərində heç bir nasazlıq aşkar edilməyib.
Səlahiyyətlilər yanğının təyyarənin Cənubi Koreyanın Busan şəhərindən havaya qalxdıqdan təxminən 20 dəqiqə sonra aşkar edildiyini bildirib.