AZ

Xaçmazdakı Şəxsiyyətlər Muzeyi yenidənqurma işlərindən sonra istifadəyə verilib

Xaçmaz, 17 mart, Elxan Yusifli, AZƏRTAC

Xaçmaz şəhərindəki Şəxsiyyətlər Muzeyi yenidən qurulduqdan sonra sakinlərin istifadəsinə verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yenilənən parkın funksionallığı artırılaraq sakinlərin rahat və mənalı istirahəti təmin olunub. Yeni dekorativ ağac və gül kolları əkilib, oturacaqlar qoyulub. Ərazidə avtomobillərin rahat və təhlükəsiz hərəkəti üçün asfalt örtük vurulub, velosiped həvəskarları üçün xüsusi zolaqlar ayrılıb, piyada keçidləri salınıb. Müasir dizayn əsasında yenilənən istirahət məkanında gecə işıqlandırma sistemi qurulub.

Parkın mərkəzindən keçən avtomobil yolunun bərpa edilməsi isə sürücülərin Heydər Əliyev prospekti ilə birbaşa hərəkəti təmin edilib.

Xaçmaz sakinlərinin və şəhərə gələn qonaqların sevimli məkanlarından olan Şəxsiyyətlər Muzeyi 2006-cı ildə yaradılıb. Bu muzeydə Azərbaycanın tanınmış ziyalı, şair, yazıçı, mədəniyyət və incəsənət xadimlərinin büstləri ucaldılıb.

Sakinlər yaradılan şəriti yüksək qiymətləndirib, görülən işlərə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

AZƏRTAC-0-

CR

 

Seçilən
169
1
azertag.az

1Mənbələr