İsrail baş naziri Benyamin Netanyahunu mühakimə edən prokuror Yehudit Tiroş, Netanyahu və vəkili Amit Hadadın məhkəmədə dindirilərkən ittiham tərəfindən sızdırıldığı iddia edilən məlumatlar barədə danışmasından qəzəbləndiyini bildirib.
Hafta.az bu haqda yəhudi mediasına istinadla xəbər verir.
Dinləmə zamanı Tiroş " həyasız" sözünü işlədib və vəkil Hadadın sözlərinə görə, o, bu ifadəni Netanyahuya yönəldib. "Mən bunu həmkarlarıma dedim və sözlərimin üstündə dayanıram", deyib Tiroş. Hadad cavab verib: "Qoy aydın olsun - prokurorluqda hesab edirlər ki, baş nazir həyasızdır".
Daha sonra Netanyahu sızmaların olduğunu israr etməyə davam etdi və seçkilərə və demokratiyanın taleyinə təsir etmək üçün ona qarşı "sistemli kampaniya" aparıldığını söyləyib.
Hakim Rivka Fridman-Feldman Netanyahuya “Bəsdir, bəsdir” deyərək kütləni sakitləşdirməyə çalışıb.