Müharibə başlayandan bəri Ukrayna hakimiyyətinin etdiyi əsas səhv Qərbə arxalanmaq qərarı olub.
Bizim.Media xəbər verir ki, bu barədə “lenta.ru”ya müsahibəsində britaniyalı hərbi analitik Aleksandr Merkulis danışıb.
“Zelenski düşünürdü ki, Qərb ölkələri o qədər silah tədarük edə biləcək ki, bu, Rusiyanın üstünlüklərinin əhəmiyyətini azaldacaq” – deyə o qeyd edib.
Merkulis vurğulayıb ki, Ukrayna hakimiyyəti Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün təkcə Rusiya rəhbərliyinin deyil, həm də Rusiya cəmiyyətinin əzmini lazımınca qiymətləndirmədi.
Bizim.Media