"Arsenal" klubu gələn mövsüm üçün transfer hazırlıqlarına başlayıb.
Offsideplus.az xəbər verir ki, "topçular" yeni keçidlər üçün büdcə yaratmağa görə ən yaxşı oyunçularını belə satmağı düşünür. Klub üçün "toxunulmaz" oyunçu olmayacaq. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
"Arsenal" hazırda Premyer Liqada lider "Liverpul"un 12 xal gerisində 2-ci yeri tutur.
Mikel Artetanın yetirmələri Çempionlar Liqasının 1/4 finalında isə "Real"la qarşılaşacaq.