AZ

Azərbaycan və İsrail İqtisadiyyat nazirləri görüşüb

Bu gün Azərbaycan və İsrail iqtisadiyyat nazirlərinin görüşü olub.

İsrailə işgüzar səfərimiz zamanı bu ölkənin iqtisadiyyat və sənaye naziri Nir Barkat  ilə görüşümüzdə iki ölkə arasında investisiya əməkdaşlığının prioritetləri, sənaye zonaları çərçivəsində işbirliyi, işgüzar dairələr və biznes subyektləri arasında əlaqələrin gücləndirilməsi barədə müzakirələrimiz oldu.

Operativ Media xəbər verir ki,bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov öz X-hesabında paylaşım edib.

Nazir deyib ki, bu barədə müzakirələr İsrailə işgüzar səfər zamanı bu ölkənin iqtisadiyyat və sənaye naziri Nir Barkat ilə görüşdə aparılıb: "Görüşdə sənaye zonaları çərçivəsində işbirliyi, işgüzar dairələr və biznes subyektləri arasında əlaqələrin gücləndirilməsi barədə müzakirələrimiz olub".

Seçilən
43
8
operativmedia.az

9Mənbələr