İqtisadiyyat naziri Mikayıl Cabbarov sosial media hesablarında İsrailə işgüzar səfərinə dair növbəti paylaşımı edib: “İsrailə işgüzar səfərimiz zamanı bu ölkənin iqtisadiyyat və sənaye naziri Nir Barkat ilə görüşümüzdə iki ölkə arasında investisiya əməkdaşlığının prioritetləri, sənaye zonaları çərçivəsində işbirliyi, işgüzar dairələr və biznes subyektləri arasında əlaqələrin gücləndirilməsi barədə müzakirələrimiz oldu”.