Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycana 7,5 min ton ət idxaledilib.
Trend bubarədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu miqdarda ət idxalına çəkilən xərc 15,7 milyonABŞ dolları təşkil edib.
Ət idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə718 ton və ya 8,8%, dəyər ifadəsi ilə 1,7 milyon ABŞ dolları, yaxudda 10% azalıb.
Belə ki, ötən ilin ilk iki ayında Azərbaycana 8,2 min tonmiqdarında, 17,4 milyon ABŞ dolları dəyərində ət idxal edilib.
Cari ilin yanvar-fevral aylarında Azərbaycanda quş əti də daxilolmaqla diri çəkidə 91,2 min ton ət istehsal edilib. Bu, ötən ilineyni dövrü ilə müqayisədə 2,1 min ton və ya 2,4% çoxdur. 2024-cüilin yanvar-fevral aylarında quş əti də daxil olmaqla diri çəkidə89,1 min ton ət istehsal edilib.