AZ

Xabi Alonso: “Bayer” “Ştutqart”ı möcüzə sayəsində yendi”

Leverkuzen “Bayer”inin baş məşqçisi Xabi Alonso Almaniya Bundesliqasının 26-cı turunun “Ştutqart”la səfər oyununu şərh edib.

Arena.az məlumat verir ki, oyunun gedişində iki dəfə iki top fərqi ilə – 0:2 və 1:3 hesabları ilə geri düşmüş “əczaçılar” geri-dönüş edərək, 90+4-cü dəqiqədə vurduqları qolla “şvabiyalılar” üzərində əzmkar qələbə qazanıblar.

Xabi Alonson matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Biz bütün gücümüzlə, üç hücumçu ilə meydana çıxmışdıq və nəticədə möcüzə baş verdi. Bu, bizim hamımız üçün vacib idi, fasiləyə yaxşı əhval-ruhiyyə və güc-qüvvətlə yollanırıq.

Biz rəqibə yaxşı qarşılıq verdik, çoxlu fürsətlərimiz vardı Bu, bizim üçün son dərəcədə vacib bir qələbədir. Yarışın sonuna səkkiz tur qalmış çox şey baş verə bilər. Biz səbrdən ehtiyat tutmalıyıq. Bizim, hər oyunda istəyimiz və mübarizə iradəmiz var”, – Almaniya Bundesliqasının rəsmi saytı ispan mütəxəssisdən sitat gətirir.

26 oyundan 56 xal toplamış “Bayer” Almaniya Bundesliqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Ştutqart” isə 37 xalla 10-cu pillədədir.

Bundesliqaya 62 xalla “Bayern” başçılıq edir.

Seçilən
146
arena.az

1Mənbələr