AZ

Xaçmazda əsaslı təmir edilərək yenilənən şəxsiyyətlər parkı istifadəyə verildi – FOTOLAR

Novruz bayramı ərəfəsində Xaçmaz şəhəri, Heydər Əliyev prospektində yerləşən Şəxsiyyətlər parkı əsaslı təmir olunub.
Qeyd edək ki, əsaslı təmir olunan Şəxsiyyətlər parkının funksionallığı artırılaraq sakinlərin rahat və mənalı istirahəti təmin olunub. Yeni dekorativ ağac və gül kolları əkilib, oturacaqlar qoyulub. Ərazidə avtomobillərin rahat və təhlükəsiz hərəkəti üçün asfalt örtük vurulub, velosiped həvəskarları üçün xüsusi zolaqlar ayrılıb, piyada keçidləri salınıb. Müasir dizayn əsasında yenilənən istirahət məkanının gecə işıqlandırma sistemi quraşdırılıb.
Parkın mərkəzindən keçən avtomobil yolunun bərpa edilməsi isə sürücülər Heydər Əliyev prospekti ilə birbaşa hərəkət etməsinə imkan yaradır.
Seçilən
66
7times.az

1Mənbələr