AZ

Lopeteqinin yeni klubu bilindi - İki sabiq "Real"lı bir arada

“Real Madrid”in və İspaniya millisinin sabiq baş məşqçisi Xulen Lopeteqi karyerasını Meksikada davam etdirə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.

Mənbənin məlumatına görə, 58 yaşlı ispaniyalı "Monterrey"i çalışdırmağa real namizəddir. Komandanın hazırkı baş məşqçisi Martin Demiçelis bu mövsümkü zəif çıxışa görə qovulmaq ərəfəsindədir. "Monterrey" klubunun mərkəz müdafiəçisi Serxio Ramos Madriddə və milli komandada birgə çalışdığı Lopeteqinin namizədliyini klub rəhbərliyinə tövsiyə edib. Artıq tərəflərin potensial əməkdaşlıqla bağlı danışıqlar apardığı bildirilir. 

Xatırladaq ki, Xulen Lopeteqi bu ilin əvvəlində "Vest Hem"dən qovulduğu vaxtdan bəri işsizdir.

Mirağa

Seçilən
25
fanat.az

1Mənbələr