Azərbaycan və Ermənistan arasında sülh sazişi mətni üzrə danışıqların yekunlaşması Qafqaz üçün mühüm mərhələdir.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Ak Partiya sözçüsü Ömer Çelik bildirib.
O qeyd edib ki, bundan sonra Azərbaycana qarşı ərazi iddiaları nəzərdə tutan qanunların və ya konstitusiya maddələrinin dəyişdirilməsi Ermənistan üçün də vacib olacaq.