AZ

Hələb hava limanı sabahdan fəaliyyətini bərpa edəcək – KİV


“Hələb hava limanında təmir işləri başa çatdığından çərşənbə axşamı uçuşların qəbulu bərpa olunacaq”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə yenilənmiş hava limanından kadrları nümayiş etdirən TRT telekanalı məlumat yayıb.
Qeyd olunur ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tapşırığına əsasən, son 3 ayda hava limanında mövcud olan avadanlıq və zəruri sistemlərdəki çatışmazlıqların müəyyən edilərək aradan qaldırılması istiqamətində işlər aparılır. Bundan başqa, hava limanı son illər təmir olunmayıb və ötən ilin dekabrında Suriyada hakimiyyət dəyişikliyi ilə bağlı hadisələr zamanı əlavə ziyan dəyib.
Türkiyənin Nəqliyyat Nazirliyi bundan əvvəl məlumat verib ki, o, Suriyanın yeni hakimiyyət orqanlarına Dəməşq və Hələb hava limanlarının fəaliyyətinin bərpasında köməklik göstərir. Məlumata görə, hava limanlarında, o cümlədən terminallarda baqajın yoxlanılması üçün radar sistemləri və digər avadanlıqlar quraşdırılmalıdır.
Seçilən
119
yeniavaz.com

1Mənbələr