“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini İtaliya A Seriyasının “İnter”lə 29-cu tur mərkəzi ev oyununu (0:2) şərh edib.
Arena.az “fcinter1908.it” dərgisinə istinadən, italyan mütəxəssisin müvafiq qənaətini təqdim edir:
“Oyunun sonundakı qırmızı vərəqə bizim yekunumuzu korladı – bizim, azarkeşlərimizin, hamımızın. Düşünürəm ki, hakim həddini aşdı. Belə gərgin oyunlarda bir çox xüsusu müəyyən məqamlar həll edir – “İnter”in fasilədən az sonra vurduğu ilk qolu kimi… Hesab edirəm ki, biz oyunun sonunda öz sözümüzü hələ də deyə bilərdik, amma hakim müvafiq imkanı elə, döl ikən öldürdü”, deyə Qasperini qeyzlə bildirib.
29 oyundan 64 xal toplamış “İnter” İtaliya A Seriyasının yarış cədvəlinə başçılıq edir. “Atalanta” isə 58 xalla 3-cü pillədə qərarlaşıb.