Müasir dünya informasiya partlayışı dövründədir. Media sahəsində informasiyanı tez və dəqiq idarə etmək artıq sadəcə jurnalistikanın deyil, texnologiyanın da məsuliyyətinə çevrilib.
Azərbaycan mediası da qlobal transformasiyadan geri qalmamaq üçün yeni yanaşmalar axtarır. Bu məqamda süni intellekt və avtomatlaşdırılmış sistemlər medianı yenidən şəkilləndirməyə başlayır.
Medianın avtomatlaşdırılması - gələcəyin qaçılmaz istiqaməti
Son illərdə media subyektləri böyük həcmli məlumatları idarə etməkdə çətinliklər yaşayır. Xüsusilə, dezinformasiyaların yayılması, faktların yoxlanması ünvanında ciddi problemlər ortaya çıxır.
Azərbaycanda bu istiqamətdə iş görən Innovation Media Services (InnMedia) şirkəti regionda süni intellektin mediaya inteqrasiyası sahəsində liderliyə iddialıdır. InnMedia süni intellektin potensialından tam istifadə edən ilk startaplardan biridir. Şirəkətin inkişaf etdirdiyi sistem medianın əsas problemlərini həll etməyi hədəfləyir:
• Tam avtomatlaşdırılmış redaksiyalar;
• Jurnalistlər üçün avtomatlaşdırılmış CMS;
• Səsləndirmə və audio kontent;
• Rəsmi informasiya məmbələrin (qərar, sərəmcam, qanun və s.) avtomatik təhlili;
• Fakt (feyk) yoxlama aləti;
• Dünya üzrə bazar (istənilən dildə) araşdırılması;
Süni intellekt Azərbaycan mediasını haraya aparır?
Rəqəmsal dövr Azərbaycan mediasını yeni dalğaya dəvət edir. InnMedia məhz bu istiqamətləri həyata keçirməyi planlaşdırır və artıq Azərbaycanda texnologiya bazarında işini qurur. Süni intellekt və media sintezinin mükəmməl nümunəsini yaratmaqla, Azərbaycanın media sahəsinin gələcəyinə öncüllük edir.
Hazırda, InnMedia investorların cəlb olunmasının pre-seed məlhələsindədir. İnvestisiya raundlarda iştirak etmək istəyən investorlar: [email protected] ünvana müraciət edə bilərlər.