Azərbaycan Taekvondo Federasiyasının (ATF) Hakimlər Komitəsinin sədr müavini Aygül Abdullayeva Belçikanın paytaxtı Brüsseldə Dünya Taekvondosu tərəfindən beynəlxalq dərəcəli hakimlər üçün keçirilən yenilənmə kursunda iştirak edib.
Kurslar martın 10-dan 14-dək davam edib.
Bundan başqa, o, ATF-nin Hakimlər Komitəsinin sədri Gündüz Abdullayevlə birgə adıçəkilən ölkənin Lommel şəhərində keçirilmiş “Belgian open” beynəlxalq turnirində referi qismində təmsil olunub.