1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"İsrailə işgüzar səfər çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "Union Energy" şirkəti arasında İsrailin Eksklüziv İqtisadi Zonasında (EEZ) birgə kəşfiyyat işlərinin aparılması üzrə Anlaşma Memorandumu imzalanıb".
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Sənədin icrası tərəflərin beynəlxalq əməkdaşlıq şəbəkəsinin genişləndirilməsinə və yeni enerji ehtiyatlarına çıxışına təkan verəcək.
İsrailə işgüzar səfərimiz çərçivəsində #SOCAR (@SOCARofficial) və "Union Energy" şirkəti arasında İsrailin Eksklüziv İqtisadi Zonasında (EEZ) birgə kəşfiyyat işlərinin aparılması üzrə #AnlaşmaMemorandumu imzalandı.
— Mikayil Jabbarov (@MikayilJabbarov) March 17, 2025
Sənədin icrası tərəflərin beynəlxalq əməkdaşlıq şəbəkəsinin… pic.twitter.com/WUkskSQg36