AZ

Braziliyalı hər şeyi açıq dedi: "Unutmayaq ki, Azərbaycan çempionatı..."

"Kəpəz"in qış fasiləsindən sonra işləri pis getmir.

Bölgə klubu xüsusilə "Sabah", "Turan Tovuz" və "Neftçi" kimi iddialı klubların üzərində əldə olunan qələbələrlə xal xanasını bir xeyli zənginləşdirə bilib. Bura "Qarabağ"la oyundakı qolsuz bərabərliyi də əlavə edə bilərik.

Amma işin mənfi tərəfi odur ki, "Səbail", "Sumqayıt" və "Şamaxı" kimi əsas rəqiblərlə görüşlərdə vacib xallar itirilib.

Bayılda və Sumqayıtda məğlubiyyət, "Şamaxı" ilə isə evdə bərabərlik qeydə alınıb.

Sportinfo.az-a açıqlama verən komandanın braziliyalı legioner Dieqo Vardaska yuxarıdakı mənzərəyə belə aydınlıq gətirib:

"Bizim işimiz sabitliyi qorumaqdır. Amma bu futboldur. Belə şeylər normaldı.

Onu da unutmayaq ki, Azərbaycan çempionatı çətindir. Premyer Liqa digər liqalardan fərqlidir. İddialı klubları udub, digərlərinə uduzmaq da mümkündür.

Ancaq üzərimizə düşən işin stabilliyi qorumaq olduğunu bilirik. Ümid edirəm ki, növbəti oyunlarda bunu da bacaracağıq".

XANOĞLAN

Seçilən
24
sportinfo.az

1Mənbələr