Qazaxıstan Xarici İşlər Nazirliyində Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən layihə və proqramların qarşıya qoyulmuş məqsədlərə və faktiki nəticələrə uyğunluğunu öyrənəcək bütün maraqlı dövlət qurumlarının iştirakı ilə işçi qrup yaradılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə RTVI sənədə istinadən məlumat yayıb.
Hakimiyyət həmçinin mümkün ört-basdır sxemlərini, vəsaitlərin istifadəsində uyğunsuzluqları və maraqların toqquşmasını müəyyən etməyi planlaşdırır.
Qazaxıstanın baş nazirinin müavini Serik Jumanqarinin deputatların sorğusuna imzaladığı cavabda deyilir ki, USAID-in təşkilatlarla, o cümlədən hökumət və qeyri-hökumət təşkilatları ilə əlaqələri bu əlaqələrin agentliyin məqsədlərinə potensial təsirini qiymətləndirmək üçün araşdırılacaq.
Sorğu beş qazaxıstanlı deputat tərəfindən irəli sürülüb. Onlar Nazirlər Kabinetinə müraciət edərək, xarici sponsorların ayırdığı vəsaitlə bağlı bütün hesabatların yoxlanılaraq dərc edilməsi tələbi ilə müraciət ediblər.