Uğursuz nəticə göstərən aşağı yaş qruplarının məşqçilərinin vəzifədə qalması nə dərəcədə məqsədəuyğundu? “Football-plus.az” bu sualı AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadova ünvanlayıb:
“Bu məşqçiləri yaxşı tanıyırıq. İşləyən məşqçilərdi. Qərarın düzgün olduğunu deyərdim. Bu qərar təhlil edildikən sonra açıqlandı. Aşağı yaş qruplarında elə futbolçular var ki, xarici klublarla qarşılaşmayıblar. Yalnız yığmanın hesabına əcnəbi futbolçularla qarşılaşıblar. Biz istəyirik ki, yalnız ölkə çempionatında oynayaq, Avropada udaq. Belə olmur axı. Əvvəllər turnirlər keçirilirdi. O turnirləri davam etdirmək lazımdı”.
ƏSƏD SEYİDOV