Bakı. Trend:
Martın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətininnövbəti iclası keçirilib.
Trend xəbər verir ki, iclasınmüzakirəsinə Yeni Azərbaycan Partiyasının 2024-cü il üzrə maliyyəhesabatı təqdim olunub.
Auditorlar Palatasının üzvü Elza Süleymanova çıxış edərəkmaliyyə hesabatının mükəmməl səviyyədə, bütün əhəmiyyətli aspektlərbaxımından mövcud qanunvericiliyin tələblərinə uyğunhazırlandığını, partiyanın hesabat dövrü üçün maliyyə vəziyyətinivə maliyyə fəaliyyətinin nəticələrini tam əks etdirdiyinivurğulayıb.
Sonra 2024-cü il üzrə maliyyə hesabatı müzakirə olunaraq İdarəHeyətinin üzvləri tərəfindən təsdiq edilib.
Daha sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb vəmüvafiq qərarlar qəbul olunub.
Yekunda YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri TahirBudaqov bütün ərazisində tam suverenliyini təmin edərək növbətiinkişaf mərhələsinə qədəm qoyan Azərbaycanın 2024-cü ildə mühümuğurlara imza atdığını və yeni hədəflərə doğru inamla irəlilədiyinivurğulayıb. YAP Mərkəzi Aparatının rəhbəri qarşıda duran milliməqsədlərə çatmaq üçün Yeni Azərbaycan Partiyasının da üzərinəböyük məsuliyyətin düşdüyünü söyləyib və Prezident, Yeni AzərbaycanPartiyasının Sədri İlham Əliyevin müəyyənləşdirdiyi, eləcə dəpartiyanın Nizamnamə və Proqramından irəli gələn vəzifələrinmütəşəkkil qaydada yerinə yetiriləcəyinə əmin olduğunubildirib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin “Konstitusiyavə Suverenlik İli”ndə də ardıcıl nailiyyətlərə imza atacağınainamını ifadə edən YAP Sədrinin müavini iclas iştirakçılarınıqarşıdan gələn Novruz və Ramazan bayramları münasibətilə təbrikedərək onlara möhkəm cansağlığı və fəaliyyətlərində uğurlararzulayıb.