AZ

Ömər Çəlik: "Ermənistan Konstitusiyasını dəyişməli, Minks Qrupu buraxılmalıdır"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Xoş xəbər olaraq, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında mətn üzrə razılaşma əldə olunduğu elan edildi. Bu, Qafqazın gələcəyi baxımından böyük bir addımdır".
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, növbəti addımlar kimi ATƏT-in Minks Qrupu buraxılmalı və Ermənistan Konstitusiyasına dəyişikliklər edilməlidir.
"Bundan sonra Ermənistanın Azərbaycanı hədəf alan bəzi qanunlarını və konstitusiya maddələrini dəyişdirməsi də böyük əhəmiyyət daşıyacaq. İllərdir problemi həll etmək üçün yaradılmış ATƏT Minsk Qrupunun da artıq prosesdən çıxarılmasının vaxtı gəlib. Bu qrupun artıq heç bir missiyası qalmayıb və həllə heç bir töhfələri olmayıb. Bu addımlar atıldıqdan sonra Türkiyə-Ermənistan normallaşma prosesi də sürətlənəcək", - deyə Çelik bəyan edib.
Seçilən
19
50
oxu.az

10Mənbələr