Tacikistan və Rusiya təhlükəsizlik təhdidləri ilə mübarizə üçün xüsusi xidmət və hüquq-mühafizə orqanlarının işini aktivləşdirməyi planlaşdırır.
Operativ Media xəbər verir ki, bu barədə iki ölkənin prezidentləri Emoməli Rəhmon və Vladimir Putinin Kremldə apardıqları danışıqlar zamanı qeyd olunub.
Bildirilib ki, Tacikistan və Rusiya prezidentləri təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi, təhlükəsizlik çağırışları və təhdidləri ilə mübarizədə xüsusi xidmət və hüquq-mühafizə orqanlarının koordinasiyalı fəaliyyətinin aktivləşdirilməsi məsələlərini müzakirə ediblər. Bundan başqa, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də hər iki liderin diqqət mərkəzində olub.
Görüşün əvvəlində E.Rəhmon təhlükəsizlik məsələlərinin ikitərəfli gündəlikdə xüsusi yer tutduğunu vurğulayıb və Putinlə qarşılıqlı münasibətlərin vəziyyəti və perspektivlərini, həmçinin beynəlxalq və regional məsələləri müzakirə etməyə hazır olduğunu bildirib.