AZ

Argentina millisi üçün ciddi itki

“Roma”nın hücumçusu Paulo Dibala bazar günü İtaliya kubokunda “Kalyari” ilə matçda zədələnib.

Futbolpress.az xəbər verir ki, hücumçunun sağalması üçün ən azı bir ay vaxt lazım olacaq.

Beləliklə, Dibala mart ayında Argentina millisində oynaya bilməyəcək. Komanda DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Uruqvay və Braziliyaya qarşı oynayacaq.

Dibala 2024/2025 mövsümündə 36 rəsmi oyuna çıxıb, 8 qol vurub və komanda yoldaşlarına 4 qol ötürməsi edib. 31 yaşlı forvardın “Roma” ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

Seçilən
40
futbolpress.az

1Mənbələr