AZ

Rusiyada uşaq zirzəmiyə tökülən hərəşərat dərmanından ölüb

Stavropolun Novoalexandrovsk şəhərində beş nəfərlik ailə naməlum kimyəvi maddədən zəhərlənib.

Qaziler.az“NEWS.ru”ya istinadla xəbər verir ki, bu barədə vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

Hadisə martın 17-də səhər saatlarında fərdi evlərin birində baş verib. Zəhərlənmə nəticəsində 8 yaşlı qız ölüb.

Qeyd olunur ki, evin zirzəmisi daha əvvəl həşəratlara qarşı pestisidlə təmizlənib. Zəhərlənmənin bundan qaynaqlana biləcəyi düşünülür. Artıq hadisə ilə bağlı araşdırmalara başlanılıb.

QAZİLER.AZ

Seçilən
30
qaziler.az

1Mənbələr