Məlum olduğu kimi, “Fiorentina” İtaliya A Seriyasının 29-cu turunda “Yuventus”u qəbul edib və “qoca sinyora”nı böyük hesabla yenib – 3:0.
Arena.az məlumat verir ki, “bənövşələr”in azarkeşləri bu oyunda xüsusi “qonaqpərvərlik” nümayiş etdiriblər.
Tribunaların birində “Fiorentina” azarkeşləri sərlövhə açıblar – “Juve merda”, italyancadan birbaşa mənasında “Yuve” – nəcis”. Bununla yanaşı, oyun ərəfəsində məşq üçün meydana çıxmış “byankoneri”nin futbolçuları uğultu ilə qarşılanb, fitə basılıblar.
Oyun zamanı isə “bənövşələr” dəstəsi “Fiorentina”nı fəal surətdə dəstəkləməklə yanaşı, “qoca sinyora”ya da əsl cəhənnəm yaşadıb ki, bu da hesabda əyani surətdə əksini tapıb – 3:0.
29 oyundan 48 xal toplamış Florensiya təmsilçisi İtaliya A Seriyasının yarış cədvəlinin 8-ci pilləsində qərarlaşıb. “Yuventus” isə 52 xalla 5-ci pillədədir.
A Seriyasına 64 xalla “İnter” başçılıq edir.
