AZ

“5 gündə iki məğlubiyyət və dünya zülmətə boğulur“

Ötən həftə Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizədən kənarlaşdırılan “Liverpul” İngiltərə Liqa Kubokunun finalında da “Nyukasl”a uduzub.

Futbolpress.az xəbər verir ki, “qırmızılar”ın kapitanı Vircil van Dayk bu uğursuzluqları şərh edib:

“Futbolu belə oynayırsan: 5 gündə iki məğlubiyyət və dünya zülmətə boğulur. Cəmi bir neçə həftə əvvəl hər yer günəşli və işıqlı idi. Bizi qarşıda Premyer Liqada 9 oyun gözləyir və əlavə motivasiyaya ehtiyacımız olduğunu düşünmürəm”.

“Liverpul”un İngiltərə Premyer Liqasında növbəti oyunu aprelin 2-də “Everton”a qarşı keçirəcək. Mersisayd derbisi “Enfild”də oynanılacaq.

Seçilən
196
futbolpress.az

1Mənbələr