Nyu-Meksikodan olan bir kişi, erektil disfunksiya üçün müalicə təyin olunduğuSağlamlığı Mərkəzini məhkəməyə verib.
“Medicina” xəbər verir ki, 66 yaşı olan iddiaçı 2017-ci ildə testosteron əvəzedici terapiya (bəzən yaşlı kişilərdə androgen çatışmazlığını müalicə etmək üçün istifadə olunur) və arıqlamaq üçün NuMale Tibb Mərkəzinə müraciət edib. Lakin həkimlər ona erektil disfunksiya diaqnozu qoyub və ona 5000 dollar dəyərində inyeksiya təklif ediblər.
Terapiya testosteron qranullarının və penisə inyeksiyaların implantasiya edilməsindən ibarət idi. Bir müddət sonra adam müalicənin kömək etmədiyini görüb və xəstəxanaya qayıdıb, lakin onlar iynələri davam etdirməkdə israr etdilər.
Kişi nəticədə daha ağır fəsadlarla üzləşib.
Vəkilləri bildiriblər ki, onların müvəkkili indi“impotentdir və ereksiyaya malik deyil, ayaq üstə sidiyə çıxa bilmir və penisin geri dönməz fibrozu var.
Kişinin vəkillərindən biri klinikanın qazanc əldə etmək üçün xəstəyə səhv diaqnoz qoyaraq yalan danışdığı bildirib.
Adamın digər vəkilləriklinikanı yaşlıları aldadaraq milyonlar qazanmaq üçün fırıldaqçılıq sxemi işlətməkdə ittiham edib. NuMale Tibb Mərkəzinin prezidenti Brad Palubicki verdiyi açıqlamada, klinikanın "bütün müəssisələrində ciddi təhlükəsizlik və uyğunluq standartlarını qoruyaraq, məsuliyyətli xəstələrə qulluq göstərməyə davam etməyə fokuslandığını" deyib. O, işin təfərrüatlarını şərh etməkdən imtina edib.
Kişi isə məhkəmədə kompensasiya iddiasını qazanıb və ona rekord məbləğdə ödəmə təyin olunub. Belə ki, rekord qıran təzminat 412 milyon dollardır. Bununla kişi həm də ölkəsininmilyonçusuna çevrilmiş olur.
Aygün Musayeva