Bakı. Trend:
ABŞ-da yeddi agentliyin ləğvi ilə bağlı vəziyyət dinamik olaraqqalır.
Trend-in bazarertəsi verdiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentininsözçüsü Temmi Bryus bu gün keçirdiyi brifinq zamanı deyib.
"Deyə bilərəm ki, baş verən dəyişikliklərin bütün aspektlərininəzərə alsaq, vəziyyət dinamik olaraq qalır. Mən də sizin kimi bunumaraqla izləyirəm. Bu, ciddi məsələdir. Söhbət dövlətinfəaliyyətindən, vergi ödəyicilərinin vəsaitlərindən istifadədəngedir.
Vəziyyətin necə inkişaf edəcəyini səbirsizliklə gözləyirəm.Ancaq hələlik vəziyyət dinamik olaraq qalır”, - deyə obildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp 7 federalqurumun ləğvi barədə fərman imzalayıb.
Həmin qurumlar arasında "Azadlıq Radiosu" və "Amerikanın Səsi"niidarə edən Qlobal Media Agentliyi də yer alır.
Sənəddə qeyd olunub ki, qurumların rəhbərləri öz strukturfunksiyaları və onlarla bağlı olan personalı qanunla müəyyənedilmiş minimum həddə qədər azaltmalıdır.
Həmçinin bildirilib ki, Tramp bu qərarı federal bürokratiyanınhəcmini azaltmaq məqsədilə qəbul edib.