Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula von der Leyen, 2025 və 2026-cı illər üçün ölkə və bölgədəki suriyalılar üçün 2,5 milyard avro məbləğində öhdəlik götürdüklərini açıqlayıb.
Von der Leyen Aİ-nin təşkil etdiyi Suriya üzrə 9-cu Brüssel konfransının açılışında çıxış edib.
"Suriya yeni ölkədir. Bu gün Suriya xalqının arzu və istəkləri artıq dayandırılmayıb. Suriyanın ümidi onilliklərdən sonra ilk dəfə reallığa çevrilə bilər",-deyə Leyen bildirib.
Von der Leyen, Əsəd rejiminin devrilməsi lehinə yeni administrasiya tərəfindən bir çox ümidverici addımların atıldığını bildirib.
Von der Leyen martın 6-da Latakiyada baş verən hadisələrə toxunaraq, "Suriya hakimiyyətinin günahkarları ədalətə çatdırmaq, azlıqları qorumaq və əhatəli hökumət qurmaq öhdəliyi barışıq üçün həyati əhəmiyyət kəsb edir" deyib.
Aİ-nin prosesə konstruktiv töhfə verməyə hazır olduğunu vurğulayan Leyen belə davam etdi: