"Husilər hücumlarını dayandırsalar, ABŞ onlara qarşı əməliyyatı dayandırmağa hazırdır."
APA xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin ictimai əlaqələr üzrə köməkçisi Şon Parnell deyib.
"Husilər bunun nə vaxt bitəcəyini müəyyən edə bilər, lakin o vaxta qədər kampaniya güzəştsiz olacaq. Biz vətənimizin təhlükəsizliyini təmin edənə və oradakı gəmi yollarını açana, o bölgədə manevr etmək üçün yerimiz olduğundan əmin olana qədər ABŞ əməliyyatı davam edəcək", - Parnell bildirib.
Qeyd edək ki, martın 15-də ABŞ Silahlı Qüvvələri prezident Donald Trampın göstərişi ilə Yəməndə husilərin nəzarəti altında olan ərazilərə kütləvi zərbələr endirməyə başlayıb.