ABŞ və Ukrayna nümayəndələri Kiyev tərəfindən ərazi güzəştləri məsələsini müzakirə ediblər.
Axar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt jurnalistlər üçün keçirilən brifinqdə bəyan edib.
Livitt qeyd edib ki, Tramp və onun milli təhlükəsizlik sahəsindəki köməkçiləri daha əvvəl bu mövzu ilə bağlı birbaşa olaraq Vladimir Zelenski və onun ətrafı ilə əlaqə saxlayıblar.
“Mən bu tribunadan həmin sərhədlərin harada olacağını və ya digər detalları açıqlamayacağam. Prezidentin sabah Putinlə keçirəcəyi söhbətdən əvvəl bu barədə danışmaq mənim tərəfimdən ağılsızlıq olardı”, – deyə Livitt əlavə edib.