AZ

Ukrayna qeyd-şərtsiz 30 günlük atəşkəsə hazırdır, amma... - Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin qeyd-şərtsiz 30 günlük atəşkəsə hazır olduğunu açıqlayıb.

Publika.az xəbər verir ki, bunu Zelenski fransalı həmkarı Emmanuel Makronla telefon danışığından sonra özünün "Telegram" kanalında bildirib.

“Ancaq onun həyata keçirilməsinə keçmək üçün Rusiya şərtlər irəli sürməkdən əl çəkməlidir”, - dövlət başçısı qeyd edib.

O bildirib ki, bunu Makronla da müzakirə edib. Zelenski Fransanın Ukrayna üçün təhlükəsizlik təminatları ilə bağlı mövqeyinin “konkret” olduğunu vurğulayıb.

Ukrayna liderinin sözlərinə görə, “ədalətli və davamlı sülh” naminə Ukrayna ilə işləməyə hazır olan ölkələrin sayı artır ki, bu da mühüm nəticədir.

Seçilən
33
publika.az

1Mənbələr