İsrailin Suriyanın cənubundakı Dəra şəhərinə endirdiyi hava zərbələri nəticəsində 3 nəfər ölüb, 19 nəfər yaralanıb.
APA xəbər verir ki, bununla bağlı Suriyanın keçid hökumətinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, yaralananlar arasında dörd uşaq və bir qadın var. Bundan əvvəl iki nəfərin öldüyü bildirilirdi.
“Əl-Vatan” qəzeti hərbi kazarmaların və mülki əhalinin yaşadığı bitişik ərazilərin İsrail tərəfindən atəşə tutulduğunu yazıb.
Qeyd edək ki, 2024-cü ilin dekabrında Suriyada hakimiyyət dəyişikliyindən sonra İsrail aviasiyası mütəmadi olaraq ölkə ərazisindəki hərbi obyektlərə zərbələr endirir.