ABŞ dövlət katibi Marko Rubio Yəməndəki “Ənsar Allah” hərəkatının Birləşmiş Ştatlar üçün yaratdığı təhdiddə İranı ittiham edib.
APA xəbər verir ki, Rubio bu haqda “Fox News” radiosuna açıqlaması zamanı deyib.
"Husilər İranın köməyi olmadan donanmamızı və ticarət gəmiçiliyimizi təhdid edə bilməzdilər. Onlar pilotsuz təyyarələr və mürəkkəb gəmi əleyhinə sistemlər qurmağı öyrəniblər. Lakin bu texnologiya və maliyyə İrandan gəlir. İran olmasaydı, husilər təhdidi Yəməndəki daxili münaqişələrlə məhdudlaşardı", - Rubio bildirib.
Dövlət katibi hesab edir ki, İranın məsuliyyətə cəlb edilməsi zəruridir. O həmçinin bildirib ki, prezident Donald Tramp hücumların davam edəcəyi təqdirdə İranın bunun nəticələri ilə üzləşəcəyini deyib.