ABŞ və İsrail fələstinlilərin Qəzza zolağından Suriyaya köçürülməsində maraqlıdırlar.
Bu barədə "CBS News" agentliyi məlumat yayıb.
Mənbə iddia edir ki, Donald Tramp administrasiyası sözügedən məsələ ilə bağlı Suriyanın keçid hökuməti ilə əlaqə yaratmağa cəhd edib, hətta tərəflər bu barədə müzakirə də aparıblar.
Xatırladaq ki, Suriyanın keçid dövrünün rəhbəri Əhməd əl-Şəra bir neçə ay əvvəl ABŞ Prezidenti Donald Trampın fələstinliləri öz torpaqlarından çıxarmaq planını kəskin tənqid etmişdi.