“HƏMAS hərəkatı qalan 59 girovu azad etməsə hərbi əməliyyatlar dayanmayacaq.”
APA xəbər verir ki, bunu “Times of Israel” qəzetinə müsahibəsi zamanı İsrailin müdafiə naziri İsrael Katz bildirib.
“Cəhənnəmin qapıları Qəzzada açılacaq. HƏMAS indiyə qədər görmədiyi bir qüvvə ilə vurulacaq. HƏMAS-ın girovları azad etməkdən imtina etməsi və onun İsrail əsgərlərini və İsrail icmalarını vurmaqla hədələməsi fonunda Qəzzada döyüşləri bərpa etdik. Bütün girovlar evlərinə qayıtmayana və müharibə bütün məqsədlərinə çatana qədər dayanmayacağıq.", - Katz bildirib.