AZ

Trump Baydenin övladlarının dövlət hesabına mühafizəsini ləğv edib

ABŞ-nin keçmiş prezidenti Co Baydenin övladlarının dövlət tərəfindən mühavizəsi ləğv edilib...

Poliqon xəbər verir ki, bunu hazırkı prezident Donald Tramp bəyan edib. Trampın sözlərinə görə, Hanter Baydeni 18 nəfər, Eşli Baydeni isə 13 nəfər Məxfi Xidmət agentləri qoruyub.

ABŞ qanunlarına görə, keçmiş prezidentlər və onların həyat yoldaşları ömürlük Gizli Xidmət tərəfindən qorunur. Bununla belə, prezidentin 16 yaşından yuxarı ailə üzvlərinə verilən müdafiə onun vəzifədən getməsi ilə başa çatır.

Ağ Evi tərk etməzdən əvvəl Co Bayden uşaqların müdafiəsini altı ay müddətinə uzadıb.

Poliqon.info

Seçilən
42
poliqon.info

1Mənbələr