AZ

Hondurasda sərnişin təyyarəsi havaya qalxdıqdan sonra dənizə düşüb

Göyərtəsində 15 nəfərin olduğu “Lanhsa” təyyarəsi Hondurasın qərbindəki Roatan adasındakı hava limanından qalxdıqdan dərhal sonra dənizə düşüb...

Poliqon xəbər verir ki, bu barədə yerli “La Prensa” qəzeti Adalar de la Bahia vilayətinin qubernatoru Hüqo Varelaya istinadən məlumat yayıb.

Qubernatorun məlumatına görə, təyyarə La Seiba şəhərinə doğru gedirmiş. Təyyarə qəzası 6 nəfərin həyatına son qoyub. Xəstəxanaya yerləşdirilən 10 nəfəri xilas etmək mümkün olub.

Poliqon.info

Seçilən
48
12
poliqon.info

10Mənbələr