Şuşa şəhərində Mənzil-kommunal və təmir xidmətinin inzibati binasının əsaslı təmiri işləri çərçivəsində (əlavə işlər) xarici işıqlanma, abadlaşdırma və dizel generatorun alınması, quraşdırılmasına 361 734 AZN xərclənəcək.
Pravda.az-ın xəbərinə görə, bu məqsədlə “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” public hüquqi şəxsi “Şəmkir Tikinti-18” ASC ilə müqavilə bağlayıb.
Şəhərin Heydər Əliyev küçəsi, giriş 21 ünvanında yerləşən qonaq evi binasında cari təmir işlərinə isə 319 332 AZN sərf ediləcək.
Təmir işlərini “Victory Construction” MMC həyata keçirəcək.
Cabir
Tarix: 18 Mart 2025, 08:05